A24 Xeber

Ölkəmizdə bir ilk daha – Ünvan Portalı istifadəyə verildi

Ölkəmizdə bir ilk daha – Ünvan Portalı istifadəyə verildi
693
05 Dekabr 2018 - 10:19

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın ilk rəsmi Ünvan Portalını istifadəyə verib.

Bu barədə A24.Az-a Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib.

“Bununla da ölkədə ünvanı tapmaq daha da sadələşib. Respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanılıb, ünvanların elektron idarə edilməsinə nail olunub”, – deyə o, qeyd edib.

Sabah Ünvan Portalının ictimai təqdimatı olacaq. Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı nəzərdə tutulur. Məqsəd portaldan istifadə qaydaları, onun üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə faydasını izah etməkdir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00