Ölkə ərazisində qeyri-sabit hava nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ

Ölkə ərazisində qeyri-sabit hava nə vaxta kimi davam edəcək? – XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Sentyabrın 22-si gündüzdən başlayan qeyri-sabit hava şəraitinin  24-ü gündüzədək şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

“A24.az” bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir.

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən hava yağmursuz keçəcək, şimal-şərq küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 23-26° isti olacaq.

Bölgələrdə ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Havanın temperaturu 3-5° aşağı enəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar