Ölkə mediasında adları ən çox hallanan DÖVLƏT KOMİTƏLƏRİ

Ölkə mediasında adları ən çox hallanan DÖVLƏT KOMİTƏLƏRİ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı,logo-mtm-300x2532 ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada mobil operatorlarla bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin DÖVLƏT KOMİTƏLƏRİ ilə bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyun ayında yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 853 xəbər dərc edilib.

Televiziya kanallarında dövlət komitələri haqqında 109 xəbər efirə gedib.

Elektron mətbuatda- sayt və portallarda isə dövlət komitələri ilə əlaqəli 5690 xəbər yerləşdirilib.

Ümumilikdə, 2015-ci ilin iyun ayında dövlət komitələri 6652 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda dövlət komitələri haqqında 853 neytral xəbər dərc edilib. Bu xəbərlərdən 389-u nəzarətli, 464-ü nəzarətsizdir. 648 xəbər qısa bəhs, 36 xəbər nizamlı bəhslidir. 169 xəbər sirf komitələrlə bağlıdır, 815 xəbərdə komitələrin adı mətnin içində, 38-də başlıqda gedib.

İlk 5-liyi təqdim edirik:

·         Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi    226 xəbər
·         Dövlət Statistika Komitəsi    136 xəbər
·         Dövlət Gömrük Komitəsi    122 xəbər
·         Diasporla İş Üzrə Dövlət Komitəsi    99 xəbər
·         Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi    73 xəbər

Hesabat dövründə televiziyada dövlət komitələri haqqında 109  neytral  xəbər efirə gedib. Bu xəbərlərdən 43-ü  nəzarətli, 66-sı nəzarətsizdir. 61 xəbər qısa bəhsli, 48 xəbər sırf komitələrlə bağlıdır.

İlk 5-liyi təqdim edirik:

·         Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi 33 xəbər
·         Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi 21 xəbər
·         Dövlət Gömrük Komitəsi 13 xəbər
·         Dövlət Statistika Komitəsi 11 xəbər
·         Əmlak Məsələləri Dövlət Komitəsi 10 xəbər

Hesabat dövründə sayt və portallarda dövlət komitələri haqda 5690 neytral  xəbər yer alıb. Bu xəbərlərdən 5435-i qısa bəhsli, 51-i nizamlı bəhsli, 204-ü sırf komitələrlə bağlı, 3289-u nəzarətsiz, 2401ı nəzarətli xəbərdir.

İlk 5-liyi təqdim edirik:

·         Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi 1167 xəbər
·         Dövlət Statistika Komitəsi 1012 xəbər
·         Dövlət Gömrük Komitəsi 800 xəbər
·         Diasporla İş Üzrə Dövlət Komitəsi 725 xəbər
·         Əmlak Məsələləri Dövlət Komitəsi 592 xəbər

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Araşdırma, Media, Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar