Olkə mediasında adları ən çox hallanan SIĞORTA ŞİRKƏTLƏRİ

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir,logo-mtm-300x2532 yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada sığorta sektoru ilə bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin SIĞORTA SEKTORU ilə bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyun ayında elektron mətbuatda- sayt və portallarda sığorta sektoru ilə əlaqəli 1089 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu sektorla bağlı 90 xəbər dərc edilib.

Televiziya kanallarında isə sığorta sektoru haqda 1 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin iyun ayında sığorta sektoru 1180 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda sığorta şirkətləri haqqında90 neytral məlumat dərc edilib. Bunlardan 43-ü nəzarətsiz, 47-si  nəzarətli xəbərdir. 63 xəbər nizamlı bəhs, 17 xəbər qısa bəhsli, 10 xəbər isə sırf sığorta şirkətinə məxsus xəbərdir. 7 xəbərdə firmanın loqosu təsvir olunub, 83 xəbərdə şirkətin adı mətndə, 7 xəbərdə isə başlıqda keçir.

İlk 5-liyi təqdim edirik:

1 Paşa Həyat Sığorta 16 xəbər
2 Era Trans Sığorta 11 xəbər
3 Atəşgah Sığorta  8 xəbər
4 Paşa Sığorta  7 xəbər
5 A-Group  6 xəbər

Hesabat dövründə sayt və portallarda sığorta şirkətləri haqqında 1089 neytral  xəbər dərc edilib. 521 xəbər nizamlı, 431 xəbər qısa bəhsli, 137 xəbər isə sırf şirkətlərlə bağlıdır. Bu xəbərlərdən 314-ü nəzarətli, 775-ı nəzarətsiz xəbərdir. 965 xəbərdə şirkətin adı mətndə, 124 xəbərdə başlıqda keçir.

İlk 5-liyi təqdim edirik: 

1 Paşa Sığorta 136 xəbər
2 Paşa Həyat Sığorta  127 xəbər
3 Atəşgah Sığorta   83 xəbər
4 AXA MBASK Sığorta   80 xəbər
5 Beynəlxalq Sığorta Şirkəti   61 xəbər

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR