Ölkə mediasında adları ən çox hallanan UNİVERSİTETlər

Ölkə mediasında adları ən çox hallanan UNİVERSİTETlər
Want create site? Find Free WordPress Themes and plugins.

 

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və logo-mtm-300x253jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada universitetlərlə bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin UNİVERSİTETlərlə bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyun ayında elektron mətbuatda- sayt və portallarda universitetlərlə əlaqəli 7336 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 1463 xəbər dərc edilib.

Televiziya kanallarında isə universitetlər haqqında 147 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin iyun ayında universitetlər 8946 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda universitetlər haqqında 1463 məlumat dərc edilib. İlk 5-liyi təqdim edirik: 

Bakı Dövlət Universiteti278 xəbər
Azərbaycan Tibb Universiteti112 xəbər
Azərbaycan Dövlət İqtisad Universiteti102 xəbər
Azərbaycan Texniki Universiteti85 xəbər
Bakı Slavyan Universiteti72 xəbər

 Hesabat dövründə sayt və portallarda universitetlər haqqında 7336 xəbər dərc edilib. İlk 5-liyi təqdim edirik: 

Bakı Dövlət Universiteti1286 xəbər
Azərbaycan Dövlət İqtisad Universiteti656 xəbər
Azərbaycan Tibb Universiteti636 xəbər
Azərbaycan Texniki Universiteti488 xəbər
Azərbaycan Dillər Universiteti408 xəbər

Hesabat dövründə televiziyalarda universitetlər haqqında 147 xəbər göstərilib. İlk 5-liyi təqdim edirik: 

Azərbaycan Dövlət Aqrar Universiteti33 xəbər
Bakı Dövlət Universiteti22 xəbər
Bakı Musiqi Akademiyası19 xəbər
Azərbaycan Milli Konservatoriyası17 xəbər
Milli Aviasiya Akademiyası16 xəbər
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Araşdırma, Media, Hesabat, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar