Ölkə mediasında adları ən çox hallanan BANKLAR

Ölkə mediasında adları ən çox hallanan BANKLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada banklarla bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin BANKLARla bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyun ayında elektron mətbuatda- sayt və portallarda banklarla əlaqəli 6050 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 604 xəbər dərc edilib.

Televiziya kanallarında isə banklar haqqında 20 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin iyun ayında banklar 6674 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda banklar haqqında 604 məlumat dərc edilib. İlk 5-liyi təqdim edirik:

1Azərbaycan Beynəlxalq Bankı138 xəbər
2Kapital Bank58 xəbər
3VTB Bank28 xəbər
4AG Bank24 xəbər
5Paşa Bank22 xəbər

604 xəbərdən 592 xəbər neytral, 12 xəbər mənfidir. 387 xəbər nəzarətsiz, yəni, bank rəsmilərinin iştirakı olmadan, 217 xəbər isə bankın nəzarəti altında dərc olunan xəbərlərdir.

604 xəbərdən 245-də banklar haqqında qısa məzmun,45 xəbər sırf bankla əlaqəli, 314 xəbərdə bir neçə bankın adı bir xəbərdə birlikdə (nizamlı) çəkilib.

552 xəbərdə bankların adı mətndə, 52-də bankların adı mətnin başında çəkilib.

Hesabat dövründə televiziyada banklar haqqında 20 xəbər efirə gedib: 

1Azərbaycan Beynəlxalq Bankı3 xəbər
2Kapital Bank3 xəbər
3Unibank Kommersiya Bankı3 xəbər
4Para Bank3 xəbər
5Bank Respublika3 xəbər

20 xəbərin hamısı neytral, nəzarətlidir.10-u firmaya məxsus, 10-u qısa bəhslidir.

Hesabat dövründə sayt və portallarda bankalr haqqında 6050 xəbər yer alıb. İlk 5-liyi təqdim edirik:

1Azərbaycan Beynəlxalq Bankı1329 xəbər
2Unibank Kommersiya Bankı382 xəbər
3Kapital Bank381 xəbər
4Paşa Bank275 xəbər
5Expressbank244 xəbər

6050 xəbərdən 6002 xəbər neytral, 48 xəbər mənfidir.

Mənfi xəbərlər bankın adının qanunsuz əməllərdə hallanması ilə bağlıdır.

792 xəbər sırf banklara aiddir, 2435 xəbərdə bir yazıda bir neçə bankın adı çəkilir, 2823 xəbərdə banklar haqqında qısa məlumat verilir. 3438 xəbər nəzarətli, 2612 xəbər nəzarətsizdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İqtisadiyyat, Araşdırma, Media, Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar