Ölkə mediasında adları ən çox hallanan DÖVLƏT KOMİTƏLƏRİ

Ölkə mediasında adları ən çox hallanan DÖVLƏT KOMİTƏLƏRİ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrəlogo-mtm-300x253 sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada dövlət komitələri ilə bağlı məlumatları təqib edir.

Şirkət DÖVLƏT KOMİTƏLƏRİ ilə bağlı analitik məlumatı təqdim edir.

2015-ci ilin aprel ayında yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 1313 xəbər dərc edilib.

Televiziya kanallarında dövlət komitələri haqqında 394 xəbər efirə gedib.

Elektron mətbuatda- sayt və portallarda isə dövlət komitələri ilə əlaqəli 8780 xəbər yerləşdirilib.

Ümumilikdə, 2015-ci ilin aprel ayında dövlət komitələri 10 487 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda dövlət komitələri haqqında 1313 məlumat dərc edilib. Bu xəbərlərdən 1307-si neytral, 6-sı müsbət, 651-i nəzarətli, 662-si nəzarətsizdir. 996 xəbər qısa bəhs, 80 xəbər nizamlı bəhslidir. 237 xəbər sirf komitələrlə bağlıdır, 1274 xəbərdə komitələrin adı mətnin içində, 39 xəbərdə başlıqda gedib.

İlk 5-liyi təqdim edirik:

  1. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
26 xəbər
  1. Diasporla İş Üzrə Dövlət Komitəsi
24 xəbər
  1. Dövlət Gömrük Komitəsi
21 xəbər
  1. Dövlət Statistika Komitəsi
12 xəbər
  1. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi
8 xəbər

Hesabat dövründə televiziyada dövlət komitələri haqqında 394 xəbər efirə gedib. Bu xəbərlərdən hamısı nəzarətli, 52-sı qısa bəhsli, 342-si sırf komitələrlə bağlıdır.

İlk 5-liyi təqdim edirik:

  1. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
108 xəbər
  1. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi
54 xəbər
  1. Diasporla İş Üzrə Dövlət Komitəsi
51 xəbər
  1. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi
42 xəbər
  1. Dövlət Gömrük Komitəsi
39 xəbər

Hesabat dövründə sayt və portallarda dövlət komitələri haqda 8780 xəbər yer alıb. Bu xəbərlərdən 1018-i neytral, 221-i müsbət, 7252-si qısa bəhs, 103-ü nizamlı bəhs, 1421-i sırf komitələrlə bağlı, 6339 nəzarətsiz, 204-ü nəzarətli xəbərdir.

İlk 5-liyi təqdim edirik:

  1. Diasporla İş Üzrə Dövlət Komitəsi
1627 xəbər
  1. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
1559 xəbər
  1. Dövlət Statistika Komitəsi
1444 xəbər
  1. Dövlət Gömrük Komitəsi
1239 xəbər
  1. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi
687 xəbər

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Araşdırma, Media, Hesabat
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs