Ölkə mediasında adları ən çox hallanan DÖVLƏT KOMİTƏLƏRİ

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyatalogo-mtm-300x253 keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada mobil operatorlarla bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin DÖVLƏT KOMİTƏLƏRİ ilə bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin may ayında yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 937 xəbər dərc edilib.

Televiziya kanallarında dövlət komitələri haqqında 156 xəbər efirə gedib.

Elektron mətbuatda- sayt və portallarda isə dövlət komitələri ilə əlaqəli 6528 xəbər yerləşdirilib.

Ümumilikdə, 2015-ci ilin aprel ayında dövlət komitələri 7621 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda dövlət komitələri haqqında 937 məlumat dərc edilib. Bu xəbərlərdən 914-ü neytral, 23-ü müsbət, 368-i nəzarətli, 569-u nəzarətsizdir. 692 xəbər qısa bəhs, 38 xəbər nizamlı bəhslidir. 207 xəbər sirf komitələrlə bağlıdır, 867 xəbərdə komitələrin adı mətnin içində, 70 xəbərdə başlıqda gedib.

İlk 5-liyi təqdim edirik:

  • Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
254 xəbər
  • Dövlət Gömrük Komitəsi
165 xəbər
  • Dövlət Statistika Komitəsi
134 xəbər
  • Diasporla İş Üzrə Dövlət Komitəsi
81 xəbər
  • Əmlak Məsələləri Dövlət Komitəsi
77 xəbər

Hesabat dövründə televiziyada dövlət komitələri haqqında 156 neytral  xəbər efirə gedib. Bu xəbərlərdən 107-si nəzarətli, 49-u nəzarətsizdir. 109 xəbər qısa bəhsli, 47 xəbər sırf komitələrlə bağlıdır.

İlk 5-liyi təqdim edirik:

  • Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
56 xəbər
  • Dövlət Gömrük Komitəsi
47 xəbər
  • Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi
17 xəbər
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi
12 xəbər
  • Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi
10 xəbər

Hesabat dövründə sayt və portallarda dövlət komitələri haqda 6528 xəbər yer alıb. Bu xəbərlərdən 6517si neytral, 11-i müsbət, 5376-sı qısa bəhsli, 19u nizamlı bəhsli, 1133ü sırf komitələrlə bağlı, 2538-i  nəzarətsiz, 3990ı nəzarətli xəbərdir.

İlk 5-liyi təqdim edirik:

  • Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
1692 xəbər
  • Dövlət Statistika Komitəsi
1382 xəbər
  • Dövlət Gömrük Komitəsi
996 xəbər
  • Diasporla İş Üzrə Dövlət Komitəsi
590 xəbər
  • Əmlak Məsələləri Dövlət Komitəsi
497 xəbər

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR