Ölkə mediasında adları ən çox hallanan MOBİL OPERATORlar

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyatalogo-mtm-300x253 keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada mobil operatorlarla bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin MOBİL OPERATORlarla bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin may ayında elektron mətbuatda- sayt və portallarda mobil operatorlarla əlaqəli 1304 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 247 xəbər dərc edilib.

Televiziya kanallarında isə mobil operatorlar haqqında 26 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin may ayında mobil operatorlar 1577 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda mobil operatorlar haqqında 247 məlumat dərc edilib:

1 Azercell 113 xəbər
2 Bakcell 68 xəbər
3 Nar Mobilel 66 xəbər

247 xəbərdən 244 xəbər neytral, 1 xəbər müsbət,2 xəbər isə mənfidir.

Mənfi  xəbərlər “Bakcell” şirkəti ilə bağlıdır. Bu xəbərlərdə “Bakcell”lin müştəriləri ilə problemindən bəhs olunur.

247 xəbərdən 73-ü nəzarətsiz, 172-si nəzarətlidir. 67 xəbər sırf şirkətlərlə bağlıdır. 114  xəbər qısa bəhsli, 66  xəbər isə nizamlı bəhsli xəbərdir.89  xəbərdə şirkətin adı başlıqda, 158-də isə mətndə gedir.

Hesabat dövründə sayt və portallarda mobil operatorlar haqqında 1304 xəbər dərc edilib:

1 Azercell 592 xəbər
2 Bakcell 401 xəbər
3 Nar Mobile 310 xəbər
4 Naxtel 1 xəbər

1304 xəbərdən 1210-u neytral, 63-ü müsbət,31-i mənfi xəbərdir. Mənfi xəbərlər “Azercell”, “Bakcell” və “Nar Mobile”şirkətləri ilə bağlıdır.

647 xəbər qısa bəhsli, 190 xəbər nizamlı, 463  xəbər firmaya məxsusdur. 4 xəbərdə firmanın adı keçir.

144  xəbər nəzarətsiz, 1160  xəbər nəzarətlidir.

Hesabat dövründə televiziyada mobil operatorlar haqqında 26 xəbər efirə gedib:

1 Bakcell 15 xəbər
2 Nar Mobilel 7 xəbər
3 Azercell 4 xəbər

26  neytral, nəzarətli xəbərdən 21-i nizamlı bəhsli, 5-i  firmaya məxsusdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR