Ölkə mediasında adları ən çox hallanan MOBİL OPERATORlar

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyatalogo-mtm-300x253 keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada mobil operatorlarla bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin MOBİL OPERATORlarla bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyun ayında elektron mətbuatda- sayt və portallarda mobil operatorlarla əlaqəli 1392 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 252 xəbər dərc edilib.

Televiziya kanallarında isə mobil operatorlar haqqında 14 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin iyun ayında mobil operatorlar 1658 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda mobil operatorlar haqqında 252 məlumat dərc edilib:

1 Bakcell 117 xəbər
2 Azercell 100 xəbər
3 Nar Mobilel 35 xəbər

252 xəbərdən 248 xəbər neytral, 4 xəbər mənfidir. Mənfi  xəbərlər “Bakcell” şirkəti ilə bağlıdır. Bu xəbərlərdə “Bakcell”lin müştəriləri ilə problemindən bəhs olunur.

252 xəbərdən 75-i nəzarətsiz, 177-si nəzarətlidir. 89 xəbər sırf şirkətlərlə bağlıdır. 93  xəbər qısa bəhsli, 70 xəbər isə nizamlı bəhsli xəbərdir. 104 xəbərdə şirkətin adı başlıqda, 148-də mətndə gedir.

Hesabat dövründə sayt və portallarda mobil operatorlar haqqında 1392 xəbər dərc edilib:

1 Bakcell 612 xəbər
2 Azercell 555 xəbər
3 Nar Mobile 223 xəbər
4 Naxtel 2 xəbər

1392 xəbərdən 1355-i neytral, 37-si mənfi xəbərdir. Mənfi xəbərlər “Azercell” və “Bakcell” şirkətləri ilə bağlıdır.

551 xəbər qısa bəhsli, 363 xəbər nizamlı, 478  xəbər firmaya məxsusdur.

610 xəbər nəzarətsiz, 782 xəbər nəzarətlidir.

Hesabat dövründə televiziyada mobil operatorlar haqqında 14 xəbər efirə gedib:

1 Nar Mobilel 9 xəbər
2 Bakcell 4 xəbər
3 Azercell 1 xəbər

14  neytral, nəzarətli xəbərdən 4-ü qısa bəhsli, 10-u  firmaya məxsusdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR