Ölkə mediasında adları ən çox hallanan MOBİL OPERATORlar

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir,logo-mtm-300x2532 yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada mobil operatorlarla bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin MOBİL OPERATORlarla bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyul ayında elektron mətbuatda- sayt və portallarda mobil operatorlarla əlaqəli 1401 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 250 xəbər dərc edilib.

Televiziya kanallarında isə mobil operatorlar haqqında 9 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin iyul ayında mobil operatorlar 1660 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda mobil operatorlar haqqında 250 məlumat dərc edilib:

1 Azercell 123 xəbər
2 Bakcell 101 xəbər
3 Nar Mobilel 21 xəbər
4 Naxtell 5 xəbər

250 xəbərdən 237 xəbər neytral, 6 xəbər mənfi, 7 xəbər müsbətdir. Müsbət xəbərlər hamısı “Bakcell” şirkəti ilə bağlıdır. Mənfi  xəbərlər “Azercell”və “Bakcell” şirkətləri ilə bağlıdır. Bu xəbərlərdə şirkətlərin müştəriləri ilə problemlərindən bəhs olunur.

250 xəbərdən 90-ı nəzarətsiz, 160-ı nəzarətlidir. 104 xəbər sırf şirkətlərlə bağlıdır. 92 xəbər qısa bəhsli, 52 xəbər nizamlı bəhsli xəbərdir. 2 xəbərdə yalnız şirkətin adı çəkilir. 114 xəbərdə şirkətin adı başlıqda, 136 xəbərdə mətndə gedir.

Hesabat dövründə sayt və portallarda mobil operatorlar haqqında 1401 xəbər dərc edilib:

1 Azercell 673 xəbər
2 Bakcell 567 xəbər
3 Nar Mobile 153 xəbər
4 Naxtel 8 xəbər

1401 xəbərdən 1279-u neytral, 85-i mənfi, 37-si müsbət  xəbərdir. Mənfi xəbərlər “Azercell” və “Bakcell” şirkətləri ilə bağlıdır.

566  xəbər qısa bəhsli, 225  xəbər nizamlı, 610  xəbər firmaya məxsusdur.

749  xəbər nəzarətsiz, 652 xəbər nəzarətlidir.

Hesabat dövründə televiziyada mobil operatorlar haqqında 9 xəbər efirə gedib:

1 Azercell 8 xəbər
2 Bakcell 1 xəbər

9 xəbərin hamısı neytral, nəzarətli və firmaya məxsusdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR