Ölkə mediasında adları ən çox hallanan OTELlər

Ölkə mediasında adları ən çox hallanan OTELlər
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir,mtm-5 yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada otellərlə bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin OTELlərlə bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyul ayında elektron mətbuatda- sayt və portallarda otellərlə əlaqəli 1017 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu qurumlarla bağlı 111 xəbər dərc edilib.

Televiziya kanallarında isə otellər haqqında xəbər efirə getməyib.

Ümumilikdə, 2015-ci ilin iyul ayında otellər 1128 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda otellər haqqında 111 məlumat dərc edilib. İlk 5-liyi təqdim edirik:

·         Fairmont Baku 20 xəbər
·         Hilton Baku 16 xəbər
·         JW Marriott Hotel Absheron Baku 14 xəbər
·         Kempinski Hotel Badamdar 13 xəbər
·         Four Seasons Baku 10 xəbər

Hesabat dövründə sayt və portallarda otellər haqqında 1017 xəbər dərc edilib. İlk 5-liyi təqdim edirik:

·         Hilton Baku 220 xəbər
·         Fairmont Baku 102 xəbər
·         Hyatt 67 xəbər
·         Dalğa Plaza 67 xəbər
·         JW Marriott Hotel Absheron Baku  64 xəbər

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Araşdırma, Media, Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar