sigorta78687612

Ölkə mediasında adları ən çox hallanan SIĞORTA ŞİRKƏTLƏRİ

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemlilogo-mtm-300x253 monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır.

O cümlədən, Media Təqib Mərkəzi mediada sığorta sektoru ilə bağlı məlumatları təqib edir.

Şirkət SIĞORTA SEKTORU ilə bağlı analitik məlumatı təqdim edir.

2015-ci ilin aprel ayında elektron mətbuatda- sayt və portallarda sığorta sektoru ilə əlaqəli 1260 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu sektorla bağlı 76 xəbər dərc edilib.

Televiziya kanallarında isə sığorta sektoru haqda xəbər efirə getməyib.

Ümumilikdə, 2015-ci ilin aprel ayında sığorta sektoru 1336 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda sığorta şirkətləri haqqında 76 neytral məlumat dərc edilib. Bunlardan 62-si nəzarətsiz, 14-ü nəzarətli xəbərdir. 35 xəbər nizamlı bəhs, 20 xəbər qısa bəhsli, 19 xəbər isə sırf sığorta şirkətinə məxsus xəbərdir. 7 xəbərdə firmanın loqosu təsvir olunub, 62 xəbərdə şirkətin adı mətndə, 14-də isə başlıqda keçir. İlk 5-liyi təqdim edirik:

  1. ATA Sığorta
11 xəbər
  1. Atəşgah Sığorta
11 xəbər
  1. Paşa Həyat Sığorta
10 xəbər
  1. Standard Insurance
6 xəbər
  1. Atəşgah Həyat Sığorta
5 xəbər

Hesabat dövründə sayt və portallarda sığorta şirkətləri haqqında 1260 neytral xəbər dərc edilib. 898 xəbər nizamlı, 218 xəbər qısa bəhsli, 144 xəbər isə sırf şirkətlərlə bağlıdır. Bu xəbərlərdən 516-sı nəzarətli, 744-ü nəzarətsiz xəbərdir. 1034 xəbərdə şirkətin adı mətndə, 226 xəbərdə başlıqda çəkilib. İlk 5-liyi təqdim edirik:

  1. Atəşgah Sığorta
120 xəbər
  1. AXA MBASK Sığorta
115 xəbər
  1. Paşa Həyat Sığorta
114 xəbər
  1. ATA Sığorta
98 xəbər
  1. Paşa Sığorta
70 xəbər

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR