Olkə mediasında adları ən çox hallanan SIĞORTA ŞİRKƏTLƏRİ

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işinilogo-mtm-300x253 həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada sığorta sektoru ilə bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin SIĞORTA SEKTORU ilə bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin may ayında elektron mətbuatda- sayt və portallarda sığorta sektoru ilə əlaqəli 1141 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu sektorla bağlı 68 xəbər dərc edilib.

Televiziya kanallarında isə sığorta sektoru haqda 4 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin may ayında sığorta sektoru 1214 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda sığorta şirkətləri haqqında 68 neytral məlumat dərc edilib. Bunlardan 47-si nəzarətsiz, 21-i  nəzarətli xəbərdir. 26 xəbər nizamlı bəhs, 36 xəbər qısa bəhsli, 6 xəbər isə sırf sığorta şirkətinə məxsus xəbərdir. 3 xəbərdə firmanın loqosu təsvir olunub, 64 xəbərdə şirkətin adı mətndə, 4 xəbərdə isə başlıqda keçir. İlk 5-liyi təqdim edirik:

1 Paşa Həyat Sığorta 11 xəbər
2 AXA MBASK Sığorta  7 xəbər
3 Paşa Sığorta  5 xəbər
4 AzSığorta  5 xəbər
5 EraTransSığorta  4 xəbər

Hesabat dövründə sayt və portallarda sığorta şirkətləri haqqında 1141 neytral  xəbər dərc edilib. 663 xəbər nizamlı, 357 xəbər qısa bəhsli, 121 xəbər isə sırf şirkətlərlə bağlı xəbərlərdir.

Bu xəbərlərdən 255-i nəzarətli, 886-sı nəzarətsiz xəbərdir. 994 xəbərdə şirkətin adı mətndə,147 xəbərdə başlıqda keçir. İlk 5-liyi təqdim edirik:

1 Paşa Həyat Sığorta 124 xəbər
2 AXA MBASK Sığorta  117 xəbər
3 Atəşgah Sığorta  105 xəbər
4 AzSığorta  67 xəbər
5 Paşa Sığorta  52 xəbər

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR