Ölkə mediasında adları ən çox hallanan SIĞORTA ŞİRKƏTLƏRİ

Ölkə mediasında adları ən çox hallanan SIĞORTA ŞİRKƏTLƏRİ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir,logo-mtm-300x2532 yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada sığorta sektoru ilə bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin SIĞORTA SEKTORU ilə bağlı analitik məlumatını təqdim edir.

2015-ci ilin iyul ayında elektron mətbuatda- sayt və portallarda sığorta sektoru ilə əlaqəli 1511 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) bu sektorla bağlı 30 xəbər dərc edilib.

Televiziya kanallarında isə sığorta sektoru haqda 10 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin iyul ayında sığorta sektoru ilə bağlı ölkə mediasında 1551 yazı dərc olunub.

Hesabat dövründə qəzet və jurnallarda sığorta şirkətləri haqqında 30 məlumat dərc edilib. İlk 5-liyi təqdim edirik:

1 Dövlət Sığorta Kommersiya Şirkəti 5 xəbər
2 Başak İnam Sığorta Şirkəti 4 xəbər
3 ATA Sığorta  3 xəbər
4 Paşa Həyat Sığorta  3 xəbər
5 Atəşgah Sığorta  2 xəbər

Hesabat dövründə televiziyalarda sığorta şirkətləri ilə bağlı 10 xəbər efirə gedib: 

1 ATA Sığorta 5 xəbər
2 Paşa Həyat Sığorta 5 xəbər

Hesabat dövründə sayt və portallarda sığorta şirkətləri haqqında 1511 xəbər dərc edilib. İlk 5-liyi təqdim edirik: 

1 Dövlət Sığorta Kommersiya Şirkəti  163 xəbər
2 Atəşgah Sığorta  145 xəbər
3 Paşa Sığorta    140 xəbər
4 Başak İnam Sığorta Şirkəti   84 xəbər
5 Atəşgah Həyat Sığorta   74 xəbər

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat, Araşdırma, Media, Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar