Ölkə mediasında adları ən çox hallanan UNİVERSİTETlər

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalı, ölkə ərazisində yayımlanan TV-ləri izləyir. Bu monitorinqin əsasında isə bütün sektorların analizini aparır. O cümlədən, Media Təqib Mərkəzi mediada universitetlərlə bağlı məlumatları təqib edir.

“A24.az” saytı Media Təqib Mərkəzinin UNİVERSİTETlərlə bağlı analitik məlumatını təqdim edir.logo-mtm-300x2532

2015-ci ilin iyul ayında elektron mətbuatda- sayt və portallarda universitetlərlə əlaqəli 10173 xəbər yerləşdirilib.

Yazılı mətbuatda (qəzet və jurnallar) ali təhsil ocaqları ilə bağlı 1748 xəbər dərc edilib.

Televiziya kanallarında isə universitetlər haqqında 157 xəbər efirə gedib.

Ümumilikdə, 2015-ci ilin iyul ayında universitetlər 12078 xəbərlə ölkə mediasının gündəmində olub.

Hesabat dövründə qəzet və jurnallarda universitetlər haqqında 1748 məlumat dərc edilib. İlk 5-liyi təqdim edirik: 

Bakı Dövlət Universiteti 238 xəbər
Azərbaycan Tibb Universiteti 145 xəbər
Azərbaycan Dövlət İqtisad Universiteti 126 xəbər
Moskva Dövlət Universitetinin Bakı filialı 98 xəbər
Bakı Slavyan Universiteti 88 xəbər

 Hesabat dövründə sayt və portallarda universitetlər haqqında 10173 xəbər dərc edilib. İlk 5-liyi təqdim edirik: 

Azərbaycan Tibb Universiteti 1323 xəbər
Bakı Dövlət Universiteti 1286 xəbər
Azərbaycan Dövlət İqtisad Universiteti 807 xəbər
Azərbaycan Müəllimlər İnstitutu 511 xəbər
Moskva Dövlət Universitetinin Bakı filialı 476 xəbər

Hesabat dövründə televiziyalarda universitetlər haqqında 157 xəbər göstərilib. İlk 5-liyi təqdim edirik: 

ADA Universiteti 22 xəbər
Bakı Slavyan Universiteti 20 xəbər
DİN-in Polis Akademiyası 19 xəbər
Azərbaycan Müəllimlər İnstitutu 14 xəbər
Moskva Dövlət Universitetinin Bakı filialı 13 xəbər

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR