Ölkədə ən çox narazılıq yaradan universitet bəlli oldu - ANALİZ

Ölkədə ən çox narazılıq yaradan universitet bəlli oldu – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Universitetlərimizdə yeyinti və korrupsiya halları davam edir…

 Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

A24.az bildirir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8446 xəbər yerləşdirilib. Bunlardan 19 xəbər mənfi, 63 xəbər müsbət, 8364 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında Azərbaycan Texnologiya Universiteti (12 xəbər – rektor “oynadığı oyunlarla” işçilərini “oyuna salıb”) liderdir. Müsbət xəbərlər isə Naxçıvan Dövlət Universiteti (44 xəbər – universitetin əməkdaşları təltif edildi) və Azərbaycan Dillər Universitetinə (19 xəbər – rektor fəxri doktor oldu) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 1224 xəbər
2 Dövlət İqtisad Universiteti 723 xəbər
3 Azərbaycan Tibb Universiteti 702 xəbər
4 Azərbaycan Dillər Universiteti 591 xəbər
5 Dövlət Neft və Sənaye Universiteti 551 xəbər
6 Dövlət Pedaqoji Universiteti 488 xəbər
7 Azərbaycan Texniki Universiteti 389 xəbər
8 Mədəniyyət və İncəsənət Universiteti 323 xəbər
9 ADA Universiteti 299 xəbər
10 Bakı Ali Neft Məktəbi 283 xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1691 xəbər dərc edilib. Bunlardan 2 xəbər mənfi, 2 xəbər müsbət, 1687 xəbər isə neytraldır. Mənfi xəbərlər Azərbaycan Texnologiya Universitetinə (2 xəbər – rektor “oynadığı oyunlarla” işçilərini “oyuna salıb”), müsbət xəbərlər isə Azərbaycan Dillər Universitetinə (2 xəbər – Kamal Abdullaya fəxri ad verilib) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 257 xəbər
2 Dövlət İqtisad Universiteti 165 xəbər
3 Azərbaycan Dillər Universiteti 123 xəbər
4 Dövlət Pedaqoji Universiteti 109 xəbər
5 Neft və Sənaye Universiteti 95 xəbər
6 Mədəniyyət və İncəsənət Universiteti 85 xəbər
7 Bakı Slavyan Universiteti 84 xəbər
8 Azərbaycan Tibb Universiteti 71 xəbər
9 ADA Universiteti 67 xəbər
10 Bakı Ali Neft Məktəbi 64 xəbər

Oktyabr ayında televiziya kanallarında universitetlər haqqında 384 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 67 xəbər
2 ADA Universiteti 32 xəbər
3 Azərbaycan Milli Konservatoriyası 29 xəbər
4 Dövlət İqtisad Universiteti 28 xəbər
5 Daxili İşlər Nazirliyi Polis Akademiyası 24 xəbər
6 Turizm və Menecment Universiteti 21 xəbər
7 Azərbaycan Texnologiya Universiteti 17 xəbər
8 Dövlət İdarəçilik Akademiyası 17 xəbər
9 AAzərbaycan Dillər Universiteti 15 xəbər
10 Dövlət Pedaqoji Universiteti 15 xəbər

A24.az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar