Ölkədə kənd təsərrüfatı bitkiləri peyklə monitorinq olunacaq

Ölkədə kənd təsərrüfatı bitkiləri peyklə monitorinq olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin monitorinqi üçün “AzerSky” aşağıorbitli peykin xidmətlərindən yararlanmağa davam edəcək.

A24.az Trend-iə istinadən xəbər verir ki, bunu jurnalistlərə nazirlik aparatının rəhbəri İlham Bayramov deyib.

O qeyd edib ki, nazirlik artıq dörd pilot rayonda bu cür tədqiqatlar aparıb: “Gələn il bütün ölkə ərazisində monitorinqləri keçirmək niyyətindəyik”.

Qeyd edək ki, Azərbaycanın “AzerSky” aşağıorbitli peykindən əldə edilən görüntülər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Torpaq sahələrinin eyniləşdirilməsi sistemi” layihəsi çərçivəsində istifadə olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar