Ölkədən çıxışa qadağa qoyulmasını haradan öyrənmək olar? - Asan üsul

Ölkədən çıxışa qadağa qoyulmasını haradan öyrənmək olar? – Asan  üsul
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlərdə vətəndaşların ən çox rastlaşdıqları problemlərdən biri də ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması haqqında məlumatı öyrənməklə bağlıdır.

İnsanlar xarici ölkələrə daha çox yay aylarında üz tuturlar.  İstirahətin həyəcanından ölkədən çıxışına “STOP” qoyulmağı ilə bağlı heç maraqlanmırlar da. Hər şey həll ediləndən sonra məlum olur ki, şəxs xarici ölkəyə gedə bilməz.

Картинки по запросу ölkədən çıxışa qadağa

A24.Az xəbər verir ki,  Azərbaycan vətəndaşları ölkədən çıxışına qadağanın olub-olmaması ilə bağlı məlumatı Ədliyyə Nazirliyinin istifadəyə verdiyi elektron xidmət sayəsində öyrənə bilərlər.

“Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” xidmətindən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasında olub-olmadığını öyrənə bilirlər.

Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün  http://85.132.96.196/WebForms/VVA_13.aspx  linkinə daxil olmaq lazımdır.

Daxili İşlər Nazirliyindən Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmış axtarışda olan mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslər (borclular) barədə məlumat öyrənmək üçün isə bura daxil olmaq və anketi doldurmaq lazımdır:

http://mia.gov.az/?//content/liability

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar