Ölkəmizdə daha bir FESTİVAL KEÇİRİLƏCƏK

Ölkəmizdə daha bir FESTİVAL KEÇİRİLƏCƏK
Want create site? Find Free WordPress Themes and plugins.

Bu il Avropa İttifaqına daxil olan bəzi ölkələr kimi Azərbaycan da müstəqilliyinin 100 illiyini qeyd edir

Avropa Mədəni İrs İli münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti Aİ üzv dövlətlərinin, xüsusilə Almaniya, Fransa, Yunanıstan, Polşa, Xorvatiya, Hollandiya və Macarıstanın səfirlikləri ilə əməkdaşlıq çərçivəsində Bakı və Azərbaycanda mədəni irsin qorunub saxlanılmasının vacibliyinə dair məlumatlılığın artırılması məqsədli Fantaziya festivalı təşkil edir.

A24.Az xəbər verir ki, “United Cultures” şirkəti Avropa Birliyi tərəfindən maliyyələşdirilən müqaviləyə əsasən Festivala təşkilati dəstək verəcək.

1-10 noyabr 2018-ci il tarixlərində Bakıda keçiriləcək festivalda konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, incəsənət instalyasiyaları, müsabiqələr, yerli və xarici mütəxəssislərlə müzakirələr də daxil olmaqla geniş miqyaslı tədbirlər təqdim ediləcək.

“2018-ci il Avropa İttifaqında Mədəni İrs ilidir. Azərbaycan da bizin önəmli tərəfdaşımız olduğundan biz bu il çərçivəsində tədbirlərdən birinin Bakıda keçirilməsini qərara aldıq. Bu il Avropa İttifaqına daxil olan bəzi ölkələr kimi Azərbaycan da müstəqilliyinin 100 illiyini qeyd edir. Çox təəssüflər olsun ki, bu yüz il ərzində bəzi ölkələrdə mədəni irsin qorunmasına elə də böyük diqqət ayrılmayıb. Lakin hazırda bu istiqamətdə önəmli işlər görülür və düşünürəm ki, Fantaziya festivalı bu işə öz töhfəsini verəcək. Mən bu gün burada olan bütün səfirliklərin nümayəndələrinə, həmçinin yerli tərəfdaşlara 10-12 gün ərzində davam edəcək bu festivala dəstək verdikləri üçün öz təşəkkürümü bildirirəm”, — deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ketsutis Yankuaskas bildirib.

Festivalda İçəri Şəhər, keçmiş “Sovetski” küçəsi və şərəfinə Festivalın adı qoyulmuş “Fantaziya” hamamı ətrafındakı ərazilərə diqqət yetiriləcəkdir. 19-cu əsrin sonlarında inşa edilən məşhur “Fantaziya” hamamı Avropa yerli spesifik elementləri Avropa memarlığı ilə birləşdirib.

Festival eyni zamanda “The Landmark” Hotel və Biznes Mərkəzi tərəfindən dəstəklənir. Təşəbbüsün rəsmi tərəfdaşları sırasına Turizm üzrə Dövlət Agentliyi, İçərişəhər Tarixi-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Xalça Muzeyi, “Makud İbrahimbəyov” Yaradıcılıq Mərkəzi, “Yarat” Müasir İncəsənət Mərkəzi daxildir. Festival, həmçinin Venesiyanın Ca’ Foscari Universiteti, ADA Universiteti, Azərbaycan Milli Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi elmi mərkəzlər ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar