Ölkəmizə bir çəllək mobil telefon “gəldi” - FOTOLAR

Ölkəmizə bir çəllək mobil telefon “gəldi” – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən A24.Az-a verilən məlumata görə, iyulun 29-da, saat 23:50 radələrində Gürcüstanla dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında bir ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar