Ölkəmizin avtomobil idxalı azalıb

Ölkəmizin avtomobil idxalı azalıb
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 24 219 ədəd avtomobil idxal olunub.

“A24.az”ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 867 avtomobil və 2,15 dəfə azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 757 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 21 497 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 750 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 215 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar