"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" - Deputatdan çağırış...

“Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik” – Deputatdan çağırış…
Want create site? Find Free WordPress Themes and plugins.

“Zalımın zülmündən daha dəhşətlisi cahilin zülmüdür. Azərbaycanlılar unutmasınlar: Bu müqəddəs dövləti 1918-ci ildə quranlar bizdən saymadığımız və hamıdan çox bizim olmağa haqqı çatan Aleksandr Osipoviç Çernyayevskinin türkcə “Vətən dili” dərsliyini oxuyub dərk edən aydınlar idi. 

Yenə də 1991-ci ildə bu dövlətin müstəqilliyini bərpa edənlər Sovet təhsil sistemindən yetişən insanlar idi… Yəni mollaxanada yetişən düşüncə müasir dövlət qura bilməz. Biz əsrlərdir “Mollanın dini”ni yaşamışıq, Quranın dinini dolabların üstündə müqəddəsdir deyib toxunulmaz saxlamışıq. Bu gün təhsil sistemimizdə təcili o boşluqları doldurmalıyıq ki, buradan müstəqil və modern dövlətimizi qoruyacaq bir nəsil yetişsin. Bu ölkəni təkrar Molla İbrahimxəlil Kimyagərlərin, Molla Sadıxların, Şeyx Nəsrullahların mollaxanasına çevirmək istəyənlərə qarşı hamılıqla intellektual dirəniş göstərməliyik. Çevrənizə diqqətlə baxsanız, görərsiniz ki, bu dirənişdə artıq xeyli gecikmişik.”

Fazil Mustafa / Millət vəkili

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Din, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar