Ölkəyə çılpaq gələn turistlər saxlanıldı - FOTO

Ölkəyə çılpaq gələn turistlər saxlanıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Qazaxıstana film qəhrəmanı Boratın çimərlik geyimi ilə gələn 6 çex turist saxlanılıb.

 A24.Az xəbər verir ki, həmin turistlər Astananın mərkəzində Boratın çimərlik geyimi ilə şəkil çəkdirmək istəyiblər.

Onlar adambaşına 67 dollar cərimə ediliblər.

Ümumiyyətlə Borat Qazaxıstanda qalmaqallı film qəhrəmanıdır. Filmin disklərinin satışına qadağa qoyulub. Qazaxıstan hökuməti rolu canladıran aktyoru məhkəməyə verməklə hədələyib.

Filmin bəzi səhnələri Qazaxıstanda çəkilsə də çoxu Rumınyada gerçəkləşdirilib. Hökumət filmin ölkəni irqçi, cinsiyyətçi və geridə qalmış olaraq göstərməsindən şikayətçi idi. Lakin 2012-ci ildə ölkənin Xarici İşlər Nazirliyi turizmin inkişafında töhvəsinə görə, baş rol ifaçısına təşəkkür edib.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar