Olland noyabrın 26-da Moskvaya gedəcək - VİDEO

Olland noyabrın 26-da Moskvaya gedəcək – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub.

a24.az” bildirir ki, “Liderlər beynəlxalq terrorçuluğa qarşı mübarizədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetiriblər. Suriyada Fransa və Rusiya tərəfindən terror qruplarına qarşı keçirilən əməliyyatlar zamanı iki ölkənin hərbi qurumları və xüsusi xidmət orqanları arasında daha sıx təmasların qurulmasının və addımların əlaqələndirilməsinin təmin olunmasına dair razılığa gəlinib”, deyə məlumatda qeyd olunub.

Putin və Olland noyabrın 26-da Moskvada dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, Fransa prezidentinin noyabrın 24-də Vaşinqtona, noyabrın 26-da isə Moskvaya səfəri nəzərə tutulub. Dövlət başçıları İŞİD-ə qarşı mübarizə metodlarını və Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.

https://youtu.be/uVUEQa9P4EU

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar