Ölüm hallarına görə tikinti sektoru birincidir

Ölüm hallarına görə tikinti sektoru birincidir
Want create site? Find Free WordPress Themes and plugins.

2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalatla əlaqədar 149 bədbəxt hadisənin tədqiqatını aparıb.

“A24.az” xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib.

Bildirilib ki, bu hadisələr nəticəsində 49 nəfər həyatını itirib, 111 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2014-cü ilə nisbətən bədbəxt hadisələrin sayı 76 hal, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı 41 nəfər, xəsarət alanların sayı isə 72 nəfər azalıb.

Qeyd olunub ki, iqtisadi fəaliyyət üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda, emal sənayesində, nəqliyyat sektorunda və energetika sahəsində baş verməsi müəyyən edilib. Yenə də tikinti sektoru bədbəxt hadisələrin sayına görə birinci yerdə gəlir. Tikinti sektorunda 39 hadisə baş verib və bu hadisələr zamanı həyatını itirənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 29 nəfər olub.

Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün ardıcıl tədbirlər həyata keçirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar