Onlayn satış portalı alıcılarını aldadır - İDDİA

Onlayn satış portalı alıcılarını aldadır – İDDİA
Want create site? Find Free WordPress Themes and plugins.

Sosial şəbəkə istifadəçisi paylaşdığı bir faktla səhifəsində diqqət çəkib.

“A24.az” bildirir ki, gənc onlayn satış həyata keçirən “Maxi.az”ın təklif etdiyi endirimlərdəki saxtakarlıqdan bəhs edib:

“Maxi.az”camaatı belə aldadır: mayın 1-də 111 azn-ə olan tozsoran 19 saat bundan əvvəl 149 azn-in üstündən xətt çəkməklə endirim kimi 111 azn-ə satışa qoyulub. Təkcə “maxi.az”da yox, bütün respublikada vətəndaşların başını bu cür endirimlərlə aldadırlar. Real endirimləri görmək mümkün deyil”.

Məsələ ilə bağlı “Maxi.az”ın sualımıza cavab verəcək əlaqədar şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. Zəng etdiyimiz nömrələrdə dəstəyi qaldıranlar bizi ya başqa nömrəyə istiqamətləndirdi, ya da suala cavab verəcək bir kimsənin olmadığını bildirdilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Foto xəbər

Müzakirə

A24.Az