Ordu mühasirəyə düşdü

Ordu mühasirəyə düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Debaltsevo şəhərində mühasirəyə düşmüş Ukrayna ordusunun əsgərləri həlqəni yarmağa çalışırlar.

“A24.az” məlumat verir ki, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbərinin müavini Aleksandr Basurin məlumat verib.

Qeyd edək ki, bir qədər əvvəl “DXR”in rəhbəri Aleksandr Zaxarçenko Debaltsevoda Ukrayna hərbçilərinin mühasirəyə düşdüklərini və onlara həyatlarını saxlamaq müqabilində təslim olmaq təklif edildiyini bildirilmişdi. Mühasirədə 10 min Ukrayna hərbçisinin olduğu bildirilir. Separtçılar bir neçə gündür ki, orduya qarşı böyük əməliyyata başlayıblar.

Onlar şəhərdə olan qoşunun məhv edilməsi ilə Qorlovka, Yenakievo, Alçevsk, Staxanov şəhərlərini zərbədən qorumaq fikrindədirlər.

(ANS Press)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az