Ordumuz bu əraziləri azad etdi - erməni kəşfiyyatçıdan sensasiyalı sözlər

Ordumuz bu əraziləri azad etdi – erməni kəşfiyyatçıdan sensasiyalı sözlər
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov Azərbaycan Ordusunun Naxçıvan istiqamətində neytral ərazi üzrə irəlilədiyini açıqlayıb.

“A24.az” xəbər verir ki, “İravunk” qəzetində müsahibəsində erməni kəşfiyyatçı Azərbaycan Ordusunun cəbhədə vəziyyətə nəzarət etdiyini, yavaş-yavaş irəlilədiyini etiraf edib.

– Naxçıvan cəbhəsində baş verənlər cəmiyyət üçün anlaşılmaz olaraq qaldı. İnsanları Naxçıvan cəbhəsinə apardılar, göstərdilər ki, hər şey yaxşıdır. Amma ekspertlər Azərbaycanın irəlilədiyi haqqında danışırlar.

– Naxçıvan cəbhəsinə nümayəndə heyəti aparanda məni dəvət etmədilər. Çünki bilirdilər mən reallığı danışacam. Bəli, vəziyyət həyəcanlıdır, 100 faiz narahatlıq var. Azərbaycan mövqelərini irəli çəkdi, lakin bununla həm də İrəvan-Mehri yolunu nəzarətə götürdülır. Hansı ki, bu yolu havaya pilotsuz təyyarələr qaldırmadan artilleriya ilə vura bilərlər. Yəni Azərbaycan Ordusu erməni qoşunlarının hərəkət etdiyi, silah-sursat daşındığı yolu nəzarətə götürüb. Bütün bunlar narahatlıq yaratmırmı?

– Azərbaycan Ordusu Naxçıvan cəbhəsində təxminən nə qədər ərazini nəzarət altına götürüb?

– Areni kəndini… Lakin mən bunu açıqlayıb narahatlıq yaratmaq istəmirəm. Əgər vəziyyət sakitdirsə, hələ ki problem yoxdur. İndi ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə irihəcmli əməliyyat başlayacaqsa, bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb.

– “Aprel müharibəsi”ndə Azərbaycanın 800 hektar ərazini (əslində 2 min hektar ərazi – red.) azad etdiyi deyilir. Bu fakt sonradan açıqlandı. Mümkündür ki, bir müddət sonra Azərbaycanın Naxçıvan istiqamətində yüzlərlə hektar ərazini azad etdiyi açıqlanacaq?

– Orada nəsə qeyri-müəyyənlik var, biz tam dəqiq bilmirik. Lakin onu dəqiq bilirəm ki, rəqibin mövqelərini məhv etməliyik, əks təqdirdə Naxçıvan istiqamətində erməni ordusunun bütün hərəkəti onun nəzarəti altında qalacaq.

– Naxçıvan cəbhəsində məğlubiyyətimizin səhvi kimdədir?

– Birmənalı olaraq, Müdafiə Nazirliyində. Müdafiə Nazirliyi Azərbaycanın istehkam-mühəndis işlərinə barmaqarası yanaşdı. Nəticəsi də ortadadır.

Publika.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar