Ordumuz şəhid verərkən televiziyalarımız efirə nə verir? - PEŞƏKARLAR ETİRAZ EDİR

Ordumuz şəhid verərkən televiziyalarımız efirə nə verir? – PEŞƏKARLAR ETİRAZ EDİR
Want create site? Find Free WordPress Themes and plugins.

Cəmiyyətdə baş verən bütün hadisələrin ən yüksək tribunası media, ələlxüsus da televiyalar sayılır. Təsadüfi deyil ki, televiziyaları cəmiyyətin güzgüsü adlandırırlar. Bəs Azərbaycan telekanalları nə dərəcədə cəmiyyətin güzgüsü rolunu oynaya bilir?

A24.Az son günlər cəbhə xəttində baş verən gərginlik, qanlı xəbərlər, ordumuzun 5 şəhid verməsinə rəğmən televiziya kanallarında şou proqramların yayımlanmasının nə dərəcədə uyğun olduğunu araşdırıb. Televiziya mütəxəssisləri və media nümayəndələri analoji duruma etiraz edir.

Peşəkar jurnalist, teletənqidçi Qulu Məhərrəmli gərginlik zamanı efirdə şou proqramılarının yayımlanmasının tamaşaçıları qıcıqlandırdığını deyir:
“Belə məqamlarda televiziyaların yayım proqramının tənzimlənməsi ilə bağlı qanun yoxdur. Bu sırf televiziya rəhbərliyinin və televiziyada çalışan aidiyyatı insanların intuisiyası bağlı olan etik məsələdir. Əlbəttə ki, ölkədə ənənə, təcrübə belədir ki, dövlət təhlükəsizliyi ilə bağlı olan hər hansı hadisə baş versə, televiziyalarda da yayım siyasətinə müəyyən korrektə olunmalıdır. Ona görə də, televiziyaları yönəldən insanlar belə məqamlarda yayımda dəyişiklik etməlidir. Bu dəyişikliyi də auditoriya anlaşıqlı qarşılamalıdır. Bir televiziya bunu eləmirsə, demək o bu xalqın, cəmiyyətin problemləri ilə yaşamır.
İnsanlar gərgin məqamlarda televiziyalarda xəbər axtarırlar. Xəbər əvəzində efirdə çal-çağır proqramları görəndə tamaşaçısının içində həm təəssüf, həm qıcıq yaranır. Düzü mən televiziyalarımızı izləmirəm, çünki, onlardan xəbər, qeyd etdiyim yanaşmanı gözləmirəm. Amma az öncə qeyd etdiyim davranış mütləqdir, bunu ictimai maraq tələb edir.

Kulturoloq Aydın Xan Əbilov cəmiyyəti ordumuz şəhid verdiyi zaman, cəbhədə gərginlik baş verdikdə efirdə konsert, musiqili proqramlar yayımlayan televiziyaları baykot etməyə çağırır:
“Azərbaycanda iki televiziya istisna olmaqla digər telekanallar özəl şirkətlərdir. Ona görə də, qanunvericilikdə dövlətin bu kanallara müdaxiləsi müəyyən edilməyib. Amma sözsüz ki, bu məsələnin bir mənəvi, psixoloji tərəfi də var. Qarabağda döyüşlər gedən zaman, ordumuz şəhid verəndə, eyni zamanda qəzalar səbəbindən çoxsaylı insan tələfatı olanda televiziyalarda xüsusi ştat olmalıdır ki, bu məqama diqqət yetirsin, proqramda olan bütün şou verilişlər dayandırılsın. Televiziyalar millətin ümumi kədərini bölüşməlidir. Eyni zamanda burada ictimai qınaqdan söhbət gedə bilər. Bu ölkəni, sabitliyi qoruyan əsgər şəhid olan zaman efirdə şou proqram verən televiziya cəmiyyətdən təpki, basqı görməlidir. Bu kanal baykot edilməlidir. Saytlar, qəzetlər, sosial şəbəkələr həmin kanala baxmamaq çağırışları etməlidir. Reklamçılar da həmin telekanala reklam verməməlidir. Belə basqılar olduğu zaman telekanallar laqqırtı vurulan, manıslar çağırılan verilişləri yığışdırarlar. Yoxsa kasıb balası cəbhədə şəhid olanda manıs çıxıb efirdə fikir adamlarını, yazıçıları lağa qoyur ki, “mən kitab oxuyub nə qazanacam? Mən mahnı oxuya-oxuya soyuducumu doldura bilirəm”. Buna görə də belə zamanlarda kanlallara çıxan manısları, müğənniləri, sənətçiləri də baykot etmək lazımdır, onları toya çağırmaq lazım deyil.
Aydın Xan Əbilov analoji duruma qiymət verərəkən bildirdi ki, sanki özəl kanallar da belə məqamlarda kimdənsə əmr gözləyir. “Maraqlıdır ki, AzTV və İctimai kanal istisna olmaqla, özəl kanallar sanki belə məqamlarda yuxarıdan əmr gözləyirlər. Nazirlər, administrasiya, teleradio şurası bunlara göstəriş verməlidir ki, belə verilişləri dayandırsınlar. Bir ara dedilər ki, televiziyalarda bədii şura yaradılır. Ümumiyyətlə televiziyalarda proqram işinə cavabdeh olan şəxslər var ki, onlar belə vaxtlarda özləri qərar verməlidir. Belə çıxır ki, onlar ya öz kanallarında gedən verilişlərə baxmırlar, ya da ölkədə gedən proseslərdən xəbərləri yoxdur. Bütün bunlardan yola çıxaraq bu qərara gələ bilərik ki, teleradio şurası belə vaxtlarda məsələyə müdaxilə etməli, müəyyən qanun qəbul edilməlidir”.

Qarabağ  qazisi, jurnalist Rey Kərimoğlu televiziyaların analoji durumda televiziyaların davranışına sərt təpki verdi:
“Cəbhədə gərginlik olanda, şəhid verdiymiz zaman televiziyaların davranışını olduqca pis qiymətləndirirəm. Məsələyə peşəkar yanaşa bilmirlər. Mən başa düşürəm, müəyyən reklam məsələləri var. Lakin bu televiziyalar idarə edənlər Azərbaycanda yaşayırlar və Azərbaycana hörmət etməyə məcburdurlar. Başa düşə bilmirəm, prezident, xanımı şəhidin qəbri üstünə gedir, nazir əsgərin əlini öpür, hansısa televiziya isə mavilərin, əxlaqsızların sözlərini, konsertlərini yayımlayırlar. Səviyyəsiz-səviyyəsiz proqramlar hazırlayırlar. Son iki gün bütün Azərbaycan cəbhədə baş verənlərlə bağlı ayaq üstə idilər, hamımız bildirdik ki, şəhidlərimiz var, belə bir zamanda efirə şou veriliş vermək əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur. Elə davranırlar ki, sanki ermənidirlər. Teleradio şurası bir müddət əvvəl “ANS”lə bağlı sərt qərar verdi – səhv, düz bu başqa məsələdir – indi belə televiziyalarla da eynən sərt davranılmalıdır”.

Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma, Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar