Orta ixtisas təhsilində YENİLİK - VİDEO

Orta ixtisas təhsilində YENİLİK – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kolleclərdə təhsil alan tələbələrin xeyrinə yeni dəyişikliklər edilib.

Əvvəllər orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr akademik borcları yarandıqda həmin dərs üçün əlavə vəsait ödəyib, sonra imtahana girməli idilər. Ancaq indi bu vəsaitin cəmi 25 faizini ödəməklə hər semestr iki fəndən imtahan verə biləcəklər. Bu, Nazirlər Kabinetinin yeni təsdiqlədiyi qaydalarda öz əksini tapıb.

Ancaq bu dəyişiklikdə diqqət ediləcək digər məqamlar da var.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirir ki, imtahana girmək hüququ yalnız dərslərdə iştirak edən tələbələrə aid edilir. Bundan başqa, əgər tələbə hər semestrdə 2 fəndən imtahan verməklə təhsilini müəyyən olunan müddətdə başa vura bilmirsə, onda köhnə qaydalar tətbiq olunur.

Onun sözlərinə görə, artıq yeni qaydalar qüvvədədir. Buna görə bütün orta ixtisas təhsil müəssisələrində oxuyanlar bu qaydalardan faydalanıb, akademik borclarını yeni semestr başlayana qədər ödəyə bilərlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar