Masallıda Orta məktəb şagirdi idman zalında ağır xəsarət alıb – FOTOLAR

Masallı rayonunda idman zalında xəsarət alan məktəbli Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.

A24.Az xəbər verir ki, 16 yaşlı Əkbər Elman oğlu Ramazanovun vəziyyəti ağır olduğundan Bakıdan rayona həkim briqadası dəvət olunub.

Ona kəllə-beyin travması, baş beynin əzilməsi, komatoz vəziyyət və sol tərəfli təpə gicgah sümüyünün sınığı diaqnozu qoyulub.

Masallı Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Ə. Ramazanovun vəziyyəti ağır olduğu üçün bir qədər əvvəl Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Masallı rayonu 4 saylı Digah tam orta məktəbinin 9-cu sinif şagirdi olan Əkbər Elman oğlu Ramazanov idman zalında futbol oynayarkən başına boru düşüb.

usa2

usaq

usaq3

usaq4

APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR