Orta məktəbdən başlanan əfsanəvi sevgi, prezidentin sadə həyatı - Kadırov haqqında bilmədikləriniz: Ailəsi, hobbiləri... - FOTOLAR

Orta məktəbdən başlanan əfsanəvi sevgi, prezidentin sadə həyatı – Kadırov haqqında bilmədikləriniz: Ailəsi, hobbiləri… – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Ramzan Əhmədoğlu Kadırov…
5 oktyabr 1976-cı ildə Çeçenistanının Tsentoroy şəhərində anadan olub.

A24.Az Ölkəmizdə də pərəstişkarları olan, dünya gündəminə tez-tez düşməyi bacaran Çeçenistan prezidenti Ramzan Ahmedoviç Kadırov haqqında maraqlı araşdırma təqdim edir.

Çeçenistan , Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısıdır. Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olub.


Dövlət başçısı olmadan əvvəl baş nazirlik vəzifəsində də olub. Birinci Rus – Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus – Çeçen müharibəsində isə Rusların yanında iştirak etmişdir. Bu və bu cür davranışlara görə ona, 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı Medalı verilmişdir.


R.Kadırov evlidir və həyat yoldaşı Mədinə xanım 7 sentyabr 1978-ci ildə anadan olub.

Qəhrəman anadır. Bu cütlüyün 12 övladından 2-si götürülmə övladlardır.

Ayşə (31.12.1998)
Karina (17.01.2000)
İsmayıl (25.07.2000)
Xədi (21.10.2002)
Təbarik (13.07.2004)
Əhməd (08.11.2005)
Zəlimxan (14.12.2006)
Əliqulu (2007)
Adəm (24.11.2007)
Xütmətxanım (2009)
Aşurə (07.01.2012)
Abdulla (10.10.2016)

Kadırov sinif yoldaşı ilə evlənib. Gələcək ailənin ilk sevgi təməli də elə məktəbdə qoyulub. Özünün etiraf etdiyinə görə məktəb illərindən bu günə qədər yoldaşından heç vaxt ayrılmayıb. Qanuni həyat yoldaşı ilə əfsanəvi sevgi yaşayıb. Ömrünün nə qədər rəngarəng keçməsinə baxmayaraq həyat yoldaşı daim yanında olub. Müsahibələrin birində prezident deyir: “Mənim çox yaxşı həyat yoldaşım var –Mədinə Musa qızı. Ümumiyyətlə çeçenlərdə bu barədə danışmaq düzgün deyil, lakin mən deyəcəm. Mənim xanımım çox düzgün, sevimli qadındır. Mən onu çox istəyirəm və hörmət edirəm.O, yaxşı ana, həyat yoldaşıdır. Ondan gözəli mənimçün yoxdur. Mənə başqası lazım deyil”.


Mədinə Aydəmirova xeyriyyəçiliklə məşğul olur, xəstəxanalar və sığınacaqlara baş çəkir. Qadın geyim dəbləri ilə yaxından maraqlanan Mədinə Kadırova özünün dizayn verdiyi müsəlman paltarları ilə çeçen dəbini himayə edir.


Qroznıda “birinci xanımın” «Firdaws» adlı ilk və hələki yeganə dəb mağazası yerləşir. Birləşmiş Ərəb Əmirliklərində, o cümlədən Yaxın Şərqdə bir neçə mağaza açmaq dövlət başçısının həyat yoldaşının planları sırasındadır.

Ramzan Kadırov daha çox vətəndaş kimi sadə davranışları, prezident kimi emosional çıxışları, cəsarətli hərəkətləri, geyimi və imici ilə diqqət çəkir.

Çeçenistan prezidenti tez-tez etdiyi “ləzginka” rəqsilə də təkcə Qafqzın deyil, dünya mətbuatının gündəminə düşməyi bacarır.

Ramzan Kadırov iqtisad elmləri namizədidir, boks üzrə idman ustasıdır.

Futbol və film həvəskarıdır. Fəal həyat tərzi keçirən Rmzan at çapmağı da sevir.

Bütün bu hobbilərini o adətən öz instagram hesabında paylaşır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar