Osmanlı sultanlarının ölüm səbəbləri - ARAŞDIRMA

Osmanlı sultanlarının ölüm səbəbləri – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Osmanlı sultanları 1299-dan 1922-yə qədər dünyanın böyük və önəmli hissəsinə hökm edib, Avropanı fəth edib və güclərinin zirvəyə çatdığı XVI-XVII əsrlərdə Cənubi Avropa, Uzaq Şərq və Şimali Afrikanın böyük ərazilərini hakimiyyəti altında saxlayıb.

A24.az sizə bütün dünyanı lərzəyə salan Osmanlı sultanlarının ölüm səbəblərini təqdim edir.

Osman Qazi

I Osman 1258-ci ildə anada olub. 1281-ci ildə taxta çıxıb. Osamanlı dövlətinin qurucusu 1326-cı ildə ürək çatışmamazlığından dünyasını dəyişib.

os

Orxan Qazi

1281-ci ildə anadan olan Orxan Qazi nəhəng Osmanlının ikinci sultanıdır. 1326-cı ildə taxta çıxan Orxan Gazi 1362-ci ildə, 82 yaşında olarkən iflicdən dünyasını dəyişib. os1

II Murad

II Murad 1404-cü ildə anadan olub. 1423-cü ildə taxta çıxan hökmdar şiddətli baş ağrıları səbəbi ilə yatağa düşüb və 1451-ci ildə dünyasını dəyişib. Ölüm səbəbi beyin qanaması və ya beynində mövcud olan artıq kütlə olub. Osmanlı xanədanının 6-cı sultanıdır.

os2

Yavuz Sultan Səlim

Osmanlının növbəti sultanı Sultan Səlim 10 iyul 1470-ci ildə dünyaya gəlib. 1512-ci ildə taxta çıxan padşah I Şah İsmayılın ən böyük düşmənlərindən olub. 1520-ci il sentyabrın 22-də xərçəng səbəbi ilə dünyasını dəyişib. os3

Qanuni Sultan Süleyman

10-cu Osmanlı Sultanı 1495-ci il aprelin 27-də anadan olub. 1520-ci ildə hakimiyyətə gəlib. 1566-cı ildə beyin qanamasından dünyasını dəyişib.

os4

III Murad

12-ci Osmanlı padşahı III Murad 4 iyul 1546-cı ildə anadan olub və 1574-cü ildə taxta çıxıb. 17 yanvar 1595-ci ildə prostat xərçəngindən dünyasını dəyişib.

os5

III Məhmət

13-cü Osmanlı padşahı 1566-cı il 26 mayda doğulub. 21 dekabr 1603-cü ildə taxta çıxıb. Bir gün sarayda gəzərkən qarşılaşdığı bir nəfər: “56 gün sonra gələcək qəzadan qurtula bilməyəcəksən. Qafil olma, hökmdarım” deyib. Bu hadisə III Məhməti dərindən sarsıdır və o, yemək-içməkdən kəsilib. 22 dekabr 1603-cü ildə ürək tutmasından dünyasını dəyişib.os6

I Mustafa

15-ci Osmanlı hökmdarı 1592-ci ildə anadan olub. Osmanlı tarixində tək “Dəli” padşah olan Sultan Mustafa 1623-cü ildə taxtdan endirildikdən sonra 1639-cu il yanvarın 20-də zindanda dünyasını dəyişib.

os7

IV Murad

17-ci Osmanlı padşahı 1612-ci il iyulun 27-də anadan olub. Ölüm səbəbi haqqında 2 iddia var. Qərb qaynaqları serrozdan, Osmanlı qaynaqları isə damla xəstəliyindən öldüyünü bildirib. 1640-cı il fevralın 8-də dünyasını dəyişib.

os8

IV Məhməd 

19-cu Osmanlı padşahı 1642-ci yanvarın 2-də dünyaya gəlib. 1687-ci ildə taxtdan endirildikdən sonra 4 il həbs həyatı yaşayıb. Yaxalandığı sətəlcəm səbəbi ilə 1693-cü il yanvarın 6-da ölüb.

os9

II Süleyman

20-ci Osmanlə padşahı 1642-ci il aprelin 15-də doğulub. 40 il sarayda həbs həyatı yaşadıqdan sonra 1687-ci ildə taxta çıxıb. 1691-ci ildə səfərdə vəfat edib.

os0

II Mustafa

II Mustafa 1664-cü il fevralın 6-da doğulub. 1703-cü ildə baş tutmuş üsyan nəticəsində taxtdan uzaqlaşdırılıb.  1703-cü il dekabrın 29-da prostat xərçəngindən dünyasını dəyişib.

os23

III Əhməd

Şanlı Osmanlı xanədanının 23-cü sultanı 30 dekabr 1673-cü ildə dünyaya gözlərini açıb. Əyləncələri ilə məşhur olan “Lalə dövrü”nün hökmdarı olan III Əhməd 1730-cu ildə “Patron Xəlil üsyanı” nəticəsində taxtdan salınıb. İllərcə Topqapı sarayında həbsdə yaşadıqdan sonra 1936-cı il  24 iyunda şəkər xəstəliyindən vəfat edib.

os24

I Əbdülhəmid

Osmanlı imperiyasının 27-ci hökmdarı 1725-ci ildə doğulub. 1787-1791-ci illərdə baş tutan Osmanlı-Rus müharibəsi dövründə “Anapa qalası”nın rusların əlinə keçməsi xəbəri üzərinə beyin qanaması keçirdib. Bir müddət sonra 1789-cu ildə vəfat edib.

os25

II Mahmud 

II Mahmud 1785-ci il iyulun 20-də anadan olub. Padşah yaxalandığı vərəm xəstəliyindən qurtula bilməyərək 1 iyul 1839-cu ildə istirahət etmək üçün getdiyi bacısı Əsma Sultanın Çamlıcada yerləşən köşkündə 54 yaşında vəfat edib.

os26

Əbdülməcid

Osmanlı imperiyasının 31-ci sultanı 25 aprel 1823-cü ildə anadan olub və atası II Mahmud kimi vərəmdən dünyasını dəyişib. os27

V Murad

Taxtda ən qısa müddət duran V Murad 21 sentyabr 1840-cı ildə anadan olub. Xronik şəkər xəstəliyindən əziyyət çəkib. Xəstəlik səbəbi ilə 29 avqust 1904-cü ildə dünyasını dəyişib.

os28

II Əbdülhəmid

34-cü Osmanlı sultanı 1842-ci il sentyabrın 21-də anadan olub. “Qızıl Sultan yoxsa, Ulu Xaqan ” deyə Osmanlı tarixinin ən çox mübahisə olunan padşahı 10 fevral 1918-ci ildə “Bəylərbəyi Sarayı”nda 76 yaşında olarkən yaxalandığı sətəlcəmin ağırlaşması səbəbi ilə vərəmdən dünyasını dəyişib.

os29

V Məhməd Rəşad

35-ci Osmanlı sultanı V Məhməd Rəşad 2 noyabr 1844-cü ildə dünyaya göz açıb. 1909-cu idə taxta çıxıb. Xronik şəkər xəstəliyinin ağırlaşması nəticəsində  3 iyul 1918-ci ildə vəfat edib.

os20

 

VI Məhməd Vahidəddin

36-cı və son Osmanlı padşahı VI Məhməd Vahidəddin 1861-ci il fevralın 2-də anadan olub. 1918-ci ildə taxta çıxıb. 1926-cı ildə ürək tutmasından dünyasını dəyişib.

os222

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Araşdırma, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar