Oteldə ölən Astan Şahverdiyevlə bağlı – Prokurorluqdan açıqlama

Oteldə ölən Astan Şahverdiyevlə bağlı – Prokurorluqdan açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişib.

A24.Az xəbər verir ki, məsələ ilə bağlı Qusar rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, Astan Şahverdiyev həqiqətəndə Qusarın Çiləgir kəndində yerləşən “Chateau” oteldə dünyasını dəyişib. Onun ölməsinə səbəb isə ürək tutmasıdır. Yayılan məlumatlar isə həqiqətə uyğun deyil. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Hadisənin istintaqını aparan müstəntiq Unikal.org-a açıqlamasında vurğulayıb ki, mərhum A.Şahverdiyev haqqında yayınlan məlumatlar yalandır: “Onun ölümü ilə bağlı irəli sürülən versiyaların hamısı əsassızdır. A.Şahverdiyev şənbə və bazar günləri dincəlmək üçün buraya gəlib. Səhər saatlarında özünü narahat hiss edib və bu zaman ürək tutmasından dünyasın dəyişib. Yayılan məlumatlar xalq tərəfindən seçilmiş millət vəkilinə atılmış ləkədir.

Hazırda A.Şahverdiyevin ölümü ilə bağlı araşdırma davam etdirilir”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar