“Övladınızın qüsurlu doğulacağını bilsəydiniz, nə edərdiniz?” – HƏKİM VƏ SAKİNLƏR CAVABLAYIR – VİDEOSORĞU

Uşaq iflici, epilepsiya, beyin travmaları, qəzalar və irsi faktorlar səbəbindən qüsurlu uşağa sahib olan ailələr əksər hallarda həyatlarını normal tempdə davam etdirə bilmirlər. Çünki bu cür uşaqlara baxmaq adi, normal uşaqlarla müqaisədə nisbətən çətindir. Bu ailələrə maddi dəstəklə yanaşı, mənəvi dəstək də lazmdır. Bəzi hallarda qüsurlu övlad sahibi olan valideynlər həmin uşaqlara baxmaqdan imtina edərək ya onları fiziki qüsurlu uşaqların yerləşdirildiyi xüsusi təyinatlı müəsisələrə yerləşdirirlər, ya da “Bu Allahın qismətidir” deyərək övladlarına baxmağa davam edirlər.

Müasir dövr olduğunu, uşaqların hələ dünyaya gəlməzdən əvvəl sağlam və ya xəstə olduğunun əvvəlcədən müəyyən edildiyi bir zamanda bəzi valideynlər onu elə ana bətnində məhv etməyə üstünlük verirlər. Bir qisim valideynlər isə övladlarının həyatına son qoymağa vicdani cəhətdən razı ola bilmirlər və bir ömür onun cəfasını çəkməyə razılaşırlar.

Bir valideynin övladının yaşaması üçün qarşı gələ bilməyəcəyi çətinlik yoxdur. Xəstə doğulacaq övladının hansı problemlərlə qarşılaşacağını, onu hansı çətinliklər gözləyəcəyini və ən əsası övladının yaşayacağı həyatı öyrənməli və buna uyğun öz qərarını verməlidir. Əgər övladının yaşamağı onun sadəcə nəfəs alması ilə kifayətlənəcək, ağrılardan əzab çəkərək ömrünün bitəcəyi saniyələri gözləyəcəksə, bunu yaşamaq adlandırmaq sadəcə eqaistlik olardı.

Həmçinin, əksi, körpəsinin fiziki məhdudiyyətlə doğulacağını öyrənib “Məhdudiyyəti olacaq bir övlad nəyimə lazımdır” deyib, qulaq dartıb divara vuran valideynlər də var. Ancaq onlar bir şeyi unudur ki, heç kəs sağlamlığından sığortalanmayıb.

Bəzilərimiz sağlamlıqlarımızı itirib fiziki qüsur qazansaq da, əsas odur ki,  insan sağlamlığı ilə yanaşı və psixologiyasını və şəxsiyyətini itirməsin!

Mütəmadi olaraq çox maraqlı sorğularla şəhər sakinlərinin qarşısına çıxan A24.Az redaksiyasının əməkdaşları bu dəfə sakinlərdən məhz fiziki qüsurlu uşaqlarla bağlı soruşublar. Sual isə çox sadədir: “Övladınızın qüsurlu doğulacağını bilsəydiniz, nə edərdiniz?”

Şəhər sakinlərinin cavabları müxtəlif olub. Həmin videosorğunu təqdim edirik:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR