“Övladlarınızı meyxandan yox, cəmiyyətdən qoruyun”

“Övladlarınızı meyxandan yox, cəmiyyətdən qoruyun”
Want create site? Find Free WordPress Themes and plugins.

“İnsanlar övladlarını meyxanadan yox, cəmiyyətdən qorusunlar”.

Bunu A24.az-ın canlı yayımında qonaq olan tanınmış meyxana ustası Mehman Əhmədli deyib.

Aparıcının “Meyxanaçıların narkotika istifadə etdiklərinə görə valideynlər övladlarının bu sənətə gəlməsini istəmirlər. Sizcə, valideynlər haqlıdırmı?” sualına cavablandıran meyxanaçı bunları deyib.

“Meyxanaçıların adının narkotika ilə hallanması Sovet dövründən qalmışdı. İndi hamı bir-birini yaxşı tanıyır, hansı yolun yolçusu olduğunu yaxşı bilir. Bizi yaxından tanıyan valideynlər bilir ki, pis vərdişlərimiz yoxdur. Mən heç siqaret belə çəkmirəm, içkim də yoxdur. Belə düşünən valideynlərə isə məsləhət görərdim ki, övladlarını meyxanadan yox, cəmiyyətdən qorusunlar”.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar