Oyun zamanı aldığı zərbədən öləcəkdi, rəqibi xilas etdi - VİDEO

Oyun zamanı aldığı zərbədən öləcəkdi, rəqibi xilas etdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Çexiya çempionatında “Bohemians 1905” və “Slovaçko” komandaları arasında keçirilən görüş zamanı meydan sahiblərinin qapıçısı Martin Berkoveç topu cərimə meydançasından başla çıxararkən öz müdafiəçisi ilə toqquşub.

“A24.az”ın xəbərinə görə, hadisənin videosu “Trending Now” “YouTube” kanalında yerləşdirilib.

“Slovaçko”nun hücumçusu Fransis Kone özünü itirməyib və qapıçıya lazımi ilkin tibbi yardımı göstərib.

Bundan sonra həkimlər Martin Berkoveçi xəstəxanaya çatdırıblar. Hadisədən bir gün sonra Berkoviç öz “facebook” səhifəsində “Slovaçko”nun hücumçusuna təşəkkürünü bildirib.

Qeyd edək ki, fevralın 25-də paytaxt Praqada keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb. (oxu.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar