Özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı - Bakıda

Özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı – Bakıda
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

“A24.az” “musavat.com”a istinadən xəbər verir ki, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb. 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb. O, xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan 7 yaşlı uşağın həyatını həkimlər xilas edə biliblər.

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb. Faktla əlaqədar araşdırma aparılır.

Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənin vəziyyətinin ağır olduğu bildirilir. Kəllə-beyin travması alan Həsənin bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasa da, onun vəziyyətinin ağır olduğunu bildirir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar