Pakistanın baş naziri: "Azərbaycana tam dəstəyimiz davam edəcək"

Pakistanın baş naziri: “Azərbaycana tam dəstəyimiz davam edəcək”
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin baş naziri Nəvaz Şəriflə görüşüb.

A24.Az xəbər verir ki, səfirlikdənAPA-ya verilən məlumata görə, Ə. Əlizadə ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini söyləyərək bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan prezidentlərinin xüsusi rolu olduğunu vurğulayıb. O, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Səfir qeyd edib ki, Azərbayca da hər zaman Pakistanın yanındadır və Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının təmas qrupunun üzvü kimi Kəşmir məsələsininBMTTŞ-nın qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarıdır.

Səfir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial yönümlü layihələrin xalqlar arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini, bu layihələrin gələcəkdə də fond tərəfindən davam etdiriləcəyini diqqətə çatdırıb.

Baş nazirNəvaz Şərifisə Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və olacağını, Dağlıq Qarabağ məsələsində Azərbaycana tam dəstəyin davam edəcəyini vurğulayıb. O, iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı, iqtisadi, ticari və digər əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial və imkanların olduğunu deyib, Pakistanın iqtisadi əlaqələrin daha da inkişafına hazır olduğunu söyləyib.

Görüşdə Pakistanın baş nazirinin yaxın günlərdə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs