Pakistanın baş naziri hakimiyyətdən uzaqlaşdırıldı

Pakistanın baş naziri hakimiyyətdən uzaqlaşdırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Pakistan Ali Məhkəməsi ölkənin baş naziri Nəvaz Şərifi hakimiyyətdən uzaqlaşdırıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, müvafiq qərar baş nazir və onun ailə üzvlərinin korrupsiya əməllərinə dair istintaq işinin yekunları əsasında qəbul edilib.

2016-cı ilin aprelində Panama hüquq şirkəti “Mossack Fonseca”nın internetə sızan sənədlərində baş nazir N. Şərifin iki oğlu və bir qızının Britaniyanın Virciniya adalarında azı 3 offşor şirkətə malik olduğu göstərilib. Elə həmin ay Ali Məhkəmə məsələnin təhqiqatı ilə bağlı xüsusi komissiya yaradıb.

N. Şərifin hakimiyyətdən kənarlaşdırılmasına dair qərar Ali Məhkəmə hakimlərinin yekdil qərarı əsasında verilib. Baş nazirə qarşı cinayət işi açılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar