Papa Fransisk: Avropa ərəb istilası altındadır

Papa Fransisk: Avropa ərəb istilası altındadır
Want create site? Find Free WordPress Themes and plugins.

Papa Fransisk, Yaxın Şərqdən Avropaya olan miqrant axınını “ərəb istilası” olaraq şərh verib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, miqrant krizisi ilə bağlı Vatikanın mətbu orqanı olan “Ossevatore Romano”ya açıqlama verən Papa Fransisk Mərkəzi Şərqdən Avropaya doğru köçün “Humanitar böhran” olduğunu bildirib:

“İndiki vaxtda bir Ərəb istilasından bəhs edə bilərik” deyən Papa Fransisk, “Avropa tarix boyunca neçə dəfə istilalarla qarşı-qarşıya qalıb? Amma hər dəfəsində bunun öhdəsindən gələrək, mədəniyyətlərarsı ticarət vasitəsi ilə genişlənərək çıxmağı bacarıb” deyə qeyd edib.

“Humanitar böhranı görməməzlikdən gələ bilmərik” şəklində danışan Papa Fransisk Avropanın miqrant krizisinin öhdəsindən birlikdə gələ biləcəyini də söyləyib.

Daha sonra “Avropa milli eqo, siyasi oyunlar və kiçik hesablara təslim olmamalıdır” deyən Papa Fransisk, “bazarlıq masasına dönmək çox vacibdir. Bəzən qazanmaq üçün bəzi şeyləri itirməyi gözə almalıyıq” deyib.

Avropa ölkələrindəki doğum nisbətinə diqqət çəkən Papa Fransisk, İspaniya və İtaliyada doğumun sıfıra yaxınlaşdığını söyləyib. Papa Fransisk, Avropanı bu krizisdən çıxarmağın yolunu  ancaq ailəni ön plana çıxartmaqla mümkün ola biləcəyini də vurğulayıb”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar