Papa Vatikanda siqaretin satışına qadağa qoydu

Papa Vatikanda siqaretin satışına qadağa qoydu
Want create site? Find Free WordPress Themes and plugins.

Vatikanda gömrüksüz malların satıldığı mağaza və supermarketlərdə siqaretin satılmasının qadağan ediləcəyi bildirilib.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Vatikandan verilən açıqlamada Papa Fransiskin təlimatı ilə işçilərin gömrüksüz malların satıldığı mağaza və supermarketlərdən siqaretin alınmasının qadağan ediləcəyini bildirib.

Qərarın “Papa hakimiyyətinin insan sağlamlığına açıq şəkildə zərər verən fəaliyyətə dəstək verməyəcəyi” səbəbi ilə qəbul edildiyi ifadə edilib.

Bundan başqa açıqlamada, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) siqaretin dünyada hər il 7 milyondan çox insanın ölməsinə səbəb olduğunu göstərən məlumatları da paylaşılıb.

2015-ci ildə çıxan və sızıdırlan Vatikan sənədlərindəki məlumata görə, gömrüksüz satılan mallar mağazasındakı siqaret satışı Vatikana ildə 10 milyon avro qazan verirmiş.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar