Parisdə əməliyyat başa çatıb, 7 şübhəli saxlanılıb, 2 terrorçu öldürülüb – VİDEO

Parisdə əməliyyat başa çatıb, 7 şübhəli saxlanılıb, 2 terrorçu öldürülüb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Fransanın paytaxtı Paris şəhərinin ətrafında yerləşən Sen Denidə polis tərəfindən aparılan antiterror əməliyyatı başa çatıb.

Polis artıq rayonun təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər həyata keçirir.

“A24.az” bildirir ki, “Report”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fol əməliyyatların bitdiyini təsdiqləyib.

Qeyd edək ki, bu gün səhər xususi təyinatlı polis dəstəsi noyabrın 13-də törədilmiş terror aktında iştirak etdiyi güman edilən terrorçuların axtarışı məqsədilə Sen Denidə əməliyyata başlamışdı. Əməliyyat terror hücumunu təşkil etməsi ehtimal olunan Abdelhəmid Abaudun ələ keçirilməsinə istiqamətlənmişdi.

İlkin məlumatlara görə, 7 şübhəli şəxs saxlanılıb, 2 terrorçu öldürülüb. Onların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Eyni zamanda, əməliyyat zamanı 5 polis işçisi də yaralanıb.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=YtSN0w78wKE

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar