Parisdə insanlar arasında təşviş  - VİDEO

Parisdə insanlar arasında təşviş  – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Fransanın paytaxtı Parisdə ötən həftə baş vermiş terror nəticəsində dünyasını dəyişənlərin anıldığı mərasimdə qorxu dolu anlar yaşanıb.

“A24.az” xəbər verir ki, Parisin Respublika meydanında qurbanlar üçün şam yandıran və çiçəklər düzən izdihamda bir anda təşviş yaranıb. Buna, ətrafdan gələn və partlayışa bənzəyən səsin səbəb olduğu bildirilir.

Səsi eşidən Paris sakinləri təşvişlə hadisə yerindən uzaqlaşmağa çalışıblar. Onlardan bəziləri hətta şamları və çiçəkləri tapdalayaraq qaçmağa çalışıb. Bir müddət sonra isə hadisənin səhv anlaşılma ucbatından baş verdiyi məlum olub.

Noyabrın 13-də cümə günü, gecə Fransanın paytaxtı Parisdə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən 6 terror hadisəsi baş vermişdi. Terror aktı nəticəsində 132 nəfər ölmüş, 349 nəfər isə yaralanmışdı.

Faktla bağlı keçirilən əməliyyatlar zamanı 7 terrorçu da məhv edilmişdi. Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

“A24.az” hadisənin videogörüntüsünü təqdim edir:

https://youtu.be/Cn5DhEOW4NQ

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar