Parisdə terror törədən 7 terrorçudan üçü Fransa vətəndaşı olub

Parisdə terror törədən 7 terrorçudan üçü Fransa vətəndaşı olub
Want create site? Find Free WordPress Themes and plugins.

Parisdə silsilə terror aksiyasını törədən 7 terrorçudan üçü Fransa vətəndaşı olub.

a24.az” bildirir ki, APA-nın Parisə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, onlardan ikisi daimi olaraq Belçikada yaşayıblar. Ümumiyyətlə, polislər bu terror hadisələri ilə bağlı əsasən Belcikadan izə düşüblər.

Belə ki, Bataklan teatrındakı terrorda istifadə olunmuş qara rəngli “Volsfagen Polo” və “Seat Leon” markalı avtomobillər Belçika nömrə nişanlı olub və bu ölkədə kirayələnib. Brüsselin “cihadçıların məskəni” kimi tanınan Molenbek rayonunda 7 nəfər Paris terroru ilə bağlı şübhəli bilinərək saxlanılıb.

Bu gün ikinci dəfə Fransada təhlükəsizliyi təmin etməyə cəlb olunmuş əsgərlərin sayı iki dəfə artırılaraq 10 min nəfərə çatdırılıb.

Terror həmlələri nəticəsində həlak olmuş 129 nəfərdən 103-nün şəxsiyyəti müəyyənləşib. Yaralı  352 nəfərdən isə 99-nun vəziyyəti ağır olaraq qalır.

Müxbirimiz bildirib ki, Paris küçələrində bu gün izdiham yaşanıb. Parislilər terror qurbanlarını yad edirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar