Parklanmaya görə ödəniş asanlaşır - VİDEO

Parklanmaya görə ödəniş asanlaşır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Parklanmaya görə ödəniş edərkən, qəpik axtarmağa ehtiyac qalmayacaq.

a24.az” bildirir ki, Bakıdakı parkomatlar daha funksional olacaq və artıq parklanmaya görə ödəniş edərkən, qəpik axtarmağa ehtiyac qalmayacaq. Çünki yaxın vaxtlarda ödəniş istər kağız pullarla, istərsə də plastik kartlarla mümkün olacaq. Amma yeniliklər bununla bitmir.

Sürücülərin bu istəkləri yaxın vaxtlarda reallaşacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən bildirilib ki, parklanma haqqının ödənilməsi prosesi asanlaşacaq.

Bu zaman ödəniş üçün telefonun balansındakı vəsaitdən istifadə ediləcək. Hazırda göndərilən SMS-in ödənişli olub-olmayacağı məsələsi müzakirə edilir. Yeni funksiyalar üzərində testlər artıq yekunlaşıb və onların gələn ilin əvvəlindən tətbiq edilməsi nəzərdə tutulur.

https://youtu.be/UkoYG8zMZb0

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar