Parlament qarşısında iğtişaş: Ukraynada- VİDEO

Parlament qarşısında iğtişaş: Ukraynada- VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kiyevdə Ali Rada binasının qarşısında keçirilən etiraz aksiyasında nümayişçilərlə asayış keşikçiləri arasında qarşıdurma yaşanıb.

A24.Az “Ren TV”yə istinadən xəbər verir ki, toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb.

Bundan başqa bir etirazçının ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırıldığı bildirilir.

Hazırda Radanın yaxınlığındakı Konstitusiya meydanına min nəfərdən çox etirazçı toplaşıb. Onlar parlament binasına yaxınlaşalar da, polis dəstələri göz yaşardıcı qaz tətbiq edib.

Qeyd edək ki, əsasən mədənçilərdən və döyüşçülərdən ibarət etirazçılar hökumətdən maaşlarla bağlı yığılan borcların ödənilməsini tələb edir.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar