“Parni iz Baku”nun rəhbəri NTV-nin baş prodüseri oldu

“Parni iz Baku”nun rəhbəri NTV-nin baş prodüseri oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Timur Vaynşteyn Rusiyanın NTV kanalının baş prodüseri təyin edilib.

A24.az” oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat kanalın rəsmi saytında yerləşdirilib. “Timur Vaynşteyn NTV-nin baş prodüseri təyin edilib. O bu vəzifəni televiziya direktorunun müavini vəzifəsi ilə birgə icra edəcək”, – məlumatda deyilir. O, yeni vəzifəsinin icrasına cari ilin dekabrın 1-dən başlayacaq.

Həmçinin bildirilir ki, bu vəzifəni əvvəl icra edən Danila Şarapov NTV kanalını tərk edib.

Qeyd edək ki, Timur Vaynşteyn 1991-ci ildən “Parni iz Baku” (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar