“PAŞA Bank” ofisindəki yanğınla bağlı məlumat yayıb

“PAŞA Bank” ofisindəki yanğınla bağlı məlumat yayıb
Want create site? Find Free WordPress Themes and plugins.

“PAŞA Bank” bankın binasında baş vermiş yanğın haqqında məlumat yayıb.

“A24.az”ın verdiyi xəbərə görə bankdan APA-ya daxil olan məlumatda bildirilir ki, “PAŞA Bank”ın Yusif Məmmədəliyev, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş verib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını uğurla lokallaşdırıb.

“PAŞA Bank”ın Təhlükəsizlik Xidmətinin Direktoru Fuad Paşayev qeyd edib ki, hazırda yanğına səbəb olan bütün detallar araşdırılır.

“Yanğın bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib. Yanğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilməsinə hər hansı təsir göstərməyib”, – deyə F. Paşayev bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar